"Qalatasaray"ın futbolçusuna Almaniyadan təklif

19:50 - 3 Fevral 2025

Omar Marmuşu "Mançester Siti"yə satan "Ayntraxt" heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisi "Qalatasaray"da çıxış edən Mişi Batşuayini transfer etmək istəyir. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

"Ayntarxt" belçikalı forvard üçün İstanbul klubu ilə danışıqlara başlayıb. Almanlar Avropada qış transfer pəncərəsi bağlanmadan 31 yaşlı futbolçunun keçidini tamamlamağa çalışacaq.

Qeyd edək ki, Mişi Batşuayi mövsümün əvvəlində "Qalatasaray"a keçib. Belçika millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti