"Çelsi" ingiltərəli futbolçunu "Borussiya"ya göndərdi

11:52 - 4 Fevral 2025

Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi "Çelsi"dən Karni Çukvuemekanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli yarımmüdafiəçi mövsümün ikinci yarısını "Borussiya"da keçirəcək. Almaniya klubu 40 milyon funt-sterlinq ödəməklə 21 yaşlı futbolçunun transfer hüququna yiələnə bilər.

Qeyd edək ki, "Çelsi" Karni Çukvuemekanı 2022-ci ilin yayında "Aston Villa"dan transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti