"Yuventus"un yarımmüdafiəçisi "Fiorentina"da

15:31 - 4 Fevral 2025

"Yuventus"un futbolçusu Nikolo Facioli A Seriyasında klubunu dəyişib.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi italyan italyan yarımmüdafiəçini "Fiorentina"ya icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu mövsümün sonuna kimi "bənövşəyilər"in uğurları üçün çalışacaq.

Qeyd edək ki, Nikolo Facioli "Yuventus"un yetirməsidir. İtaliya millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində keçirdiyi 22 rəsmi oyunda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti