Azərbaycanda danışılmış oyunlarda şübhəli bilinən futbolçu Rusiya klubuna keçdi

10:49 - 14 Fevral 2025

"Şamaxı"nın sabiq yarımmüdafiəçisi Giorgi Kantariya özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, 27 yaşlı gürcü Rusiya Birinci Liqasında çıxış edən “Sokol” klubuna keçib. Müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, ötən ilin sonunda Kantariya danışılmış oyunlarda iştirak etməkdə şübhəli bilinərək “Şamaxı”dan uzaqlaşdırılmışdı.
 

Xəbər xətti