"Mançester Yunayted" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

21:07 - 17 Mart 2025

"Barselona"nın futbolçusu Rafinya İngiltərəyə qayıda bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" Rafinyanı heyətinə qatmaq üçün yayda "Barselona" ilə danışıqlara başlayacaq. "Mançester Yunayted" 28 yaşlı ön xətt oyunçusu üçün 70 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 27 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti