"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili Yunanıstanda klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, hazırda "Panserraikos"da çıxış edən gürcü qolkiper PAOK-a keçəcək. Bu barədə yunan mediası məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. PAOK Luka üçün onun klubuna 1 milyon avro təzminat ödəyib. 25 yaşlı "əlcək sahibi" Saloniki təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Luka Quqeşaşvili mövsümün əvvəlində "Qarabağ"dan "Panserraikos"a keçib. Gürcüstan millisinin üzvü Super Liqa təmsilçisinin heyətində 25 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi