İspaniyanın "Barselona" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, La Liqa nəhənginin əsas hədəfi "Nyukasl"da çıxış edən Aleksandr İsakdır. Bu barədə "El Nacional" məlumat yayıb.
"Barselona" isveçli forvardı yayda heyətinə qatmağı planlaşdırır. Kataloniya klubu 25 yaşlı hücumçu üçün 110 milyon avroluq təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, "Nyukasl" Aleksandr İsakı 2022-ci ilin avqust ayında "Real Sosyedad"dan transfer edib. İsveç millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 23 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi