Beynəlxalq Olimpiya Komitəsində ilk qadın prezident

20:59 - 20 Mart 2025

Kirsti Koventri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidenti seçilib.

Sportal.az xəbər verir ki, 41 yaşlı Koventri Zimbabvedən olan ikiqat Olimpiya çempionu və BOK-un İcraiyyə Komitəsinin üzvüdür. O, təşkilatın tarixində onuncu və bu vəzifəyə seçilmiş ilk qadın prezident olacaq.

Qeyd edək ki, Koventri rəsmi olaraq 23 iyun 2025-ci ildə vəzifəyə başlayacaq və səlahiyyət müddəti 8 il davam edəcək. O, bu postda Tomas Baxı əvəz edəcək.

Xəbər xətti