Fuente: "Biz şanslıyıq ki, Yamal bizimlədir"

21:16 - 20 Mart 2025

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Lamin Yamalın potensialını qiymətləndirib.

Sportal.az xəbər verir ki, baş məşqçi şanslı olduqlarını gizlətməyib:

"Onun böyük və unikal futbolçu olma potensialı var. Bizə şanslıyıq ki, o, bizimlədir. O, 17 yaşındadır və inkişaf etməyə davam edir, hələ uzun bir yol qət etməli olacaq. Çətin vaxtlardan keçməli olacaq və biz ona kömək etməliyik.

Biz əfsanəvi futbolçunun oyununa heyran olacağıq, o cür futbolçulardan biri olacaq ki, onlar dövrləri təmsil edir."

Xəbər xətti