Türkiyə millisinin üzvü "Qalatasaray"a keçə bilər

10:47 - 24 Mart 2025

“Qalatasaray” Türkiyə millisinin futbolçusu Salih Özcanı istəyir.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, artıq Türkiyə çempionu 27 yaşlı yarımmüdafiəçi üçün “Borussiya”ya müraciət edib.

“Cim-bom” Özcanın transferini yayda reallaşdırmaq niyyətindədir. 2022-ci ildən “Borussiya”nın formasını geyinən Salihin bu klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, “Holşten Kiel”, “Köln”, “Volfsburq” klublarında oynayıb.

Xəbər xətti