Millinin rəqibi hazırlığını Bakıda davam etdirir

09:22 - 24 Mart 2025

Belarus milli komandası Masazırda Azərbaycan yığması ilə qarşıdakı yoldaşlıq görüşü üçün Bakıda hazırlığını davam etdirir.

Sportal.az xəbər verir ki, dünən Belarus yığmasının iki məşqi olub.

Onlar öncə səhər Liv Bona Dea Arena stadionunda, axşam isə qaldıqları otelin idman zalında məşq edib.

Millimizin rəqibi martın 21-dən Azərbaycandadır. (ABFF) Qeyd edək ki, onlar Bakıya gəlməmişdən əvvəl Tacikistanı səfərdə 5:0 hesabı ilə məğlub etmişdi.

Millimiz isə Haitiyə evdə 0:3 uduzmuşdu. Azərbaycan – Belarus oyunu martın 25-də “Bank Respublika Arena” stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Xəbər xətti