İspaniya La Liqasında mart ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Barselona"nı çalışdıran Hansi Flik başa çatmaqda olan ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Alman mütəxəssis sorğuda Manuel Pelleqrini (“Betis") və Klaudio Giraldesi (“Selta Viqo”) qabaqlayıb. Flik bu mövsüm 4-cü dəfə ayın məşqçisi adına layiq görülüb.
Qeyd edək ki, "Barselona" mart ayında La Liqada 2 oyun keçirib. Kataloniya təmsilçisi"Real Sosyedad" (4:0) və "Atletiko"nu (4:2) məğlub edib.
saytlarin hazirlanmasi