"Zirə"nin heyətində çox inkişaf etdi, daha güclü liqalarda da rahat oynaya bilər"

13:22 - 25 Mart 2025

"Zirə"nin müdafiəçisi Stefan Akka Sportal.az saytına açıqlama verib. 

Fil Dişi Sahilindən olan futbolçu klubla yeni 1 illik müqavilə imzalaması haqda danışıb.

O, hazırkı komandasında qalmasını bu cür şərh edib: "Baş məşqçi, komanda yoldaşlarım və klub mənə sevgisini, hörmətini göstərir. Onlar məni qiymətləndirir, mənə güvənirlər. Ona görə də burada qalmağa qərar verdim. Bu qərarıma görə də xoşbəxtəm. "Zirə" üçün əlimdən gələni edəcəm".

Təcrübəli müdafiəçi komanda yoldaşı Salifu Sumanın Avropanın bir çox klublarının maraq dairəsində olmasına da fikir bildirib:

"Suma "Zirə"də ən yaxın dostlarımdan biridir. O, çox inkişaf edir və mənə görə Suma daha da güclü liqalarda rahat oynaya bilər. Salifunun böyük potensialı var. Üstəlik çox gəncdir. Çalışmağa davam etməlidir. Ona inanmaq lazımdır, qalanı isə Allahın əlində olan məsələlərdir. Hər halda, bu inkişafı "Zirə"də reallaşdırdı. Şadam ki, bu cür performans sərgiləyir".

34 yaşlı müdafiəçi “Lenyaqo Salus”, “Belluno”(hər ikisi İtaliya), “Universitatya Krayova”(Rumıniya), “Erzurumspor”(Türkiyə), “İroni Kiryat-Şmona”, “Sektziya”(hər ikisi İsrail) klublarında oynayıb.

Mirbağırağa

Xəbər xətti