"Mançester Siti" yayda heyətini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, son İngiltərə çempionu "Milan"da çıxış edən Ticani Reyndersi transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Mançester Siti" niderlandlı yarımmüdafiəçini heyətinə qatmaq üçün 3 futbolçusu ilə yollarını ayırmağa hazırdır. "Şəhərlilər" Kevin De Brüyne, Mateo Kovaçiç və Bernardo Silvanı komandadan göndərəcək.
Qeyd edək ki, "Milan" Ticani Reyndersi 2023-cü ilin yayında "AZ Alkmar"dan transfer edib. Niderland millisinin üzvü olan 26 yaşlı oyunçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi