Türkiyənin "Fənərbaxça" klubu qapıçı İrfan Can Eyribayatı uzun müddət komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi türk qolkiperin müqaviləsinin müddətini uzatmaq niyyətindədir. Bu barədə "Fotomaç" məlumat yayıb.
"Fənərbaxça" İrfan Canla yeni sözləşmə ilə bağlı danışıqlara başlayacaq. Klub 26 yaşlı futbolçunun 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsini daha 2 il uzatmağı planlaşdırır. Qapıçının maaşı da artırılacaq.
Qeyd edək ki, "Fənərbaxça" İrfan Can Eyribayatı 2022-ci ilin avqust ayında "Göztepe"dən transfer edib. Təcrübəli "əlcək sahibi" bu mövsüm İstanbul təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi