Kvaratsxeliya: "Cavab oyunu çətin olacaq, amma biz öz oyunumuzu oynamağa çalışmalıyıq"

12:18 - 10 Aprel 2025

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Aston Villa" üzərində qazanılan qələbəni (3:1) şərh edib.

Sportal.az xəbər verir ki, UEFA-ya danışan gürcü futbolçu komandasının yarımfinal mərhələsinin şanslarını dəyərləndirib:

"Bizim qarşımıza çətin komanda çıxıb. İlk oyundakı nəticədən razıyıq. Amma işimizə davam etməliyik. Çünki qarşıda ikinci oyun var və işimiz hələ bitməyib. "Aston Villa"ya qarşı cavab oyunu çətin olacaq. Lakin biz öz oyunumuzu oynamağa çalışmalıyıq, sonrasına baxacağıq. İnanıram ki, bunu reallaşdıra bilərik"

Xəbər xətti