Zamiq Əliyevli "Eqnatiya" səfərdə məğlub oldu

22:24 - 12 Aprel 2025

Futbol üzrə Albaniya Super Liqasında 34-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Partizani"in qonağı olub. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 22 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb. 

Qeyd edək ki, "Eqnatiya" məğlubiyyətə baxmayaraq 58 xalla liderliyini davam etdirir.

Xəbər xətti