Hazırda Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edən "Napoli"nin hücumçusu Viktor Osimhen karyerasını bu yay "Mançester Yunayted"də davam etdirməyi planlaşdırır.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, futbolçu artıq ingilis klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb, lakin hələlik "Napoli" ilə "Mançester Yunayted" arasında razılıq əldə olunmayıb.
Nigeriyalı hücumçu “qırmızı şeytanlar"la 5 illik müqavilə imzalayacaq və transfer 60 milyon avroya başa gələcək. Onun illik maaşı 15 milyon avro nəzərdə tutulur. Osimhenin “Napoli” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi