Ceko "Fənərbaxça"da qalacaq?

14:43 - 22 Aprel 2025

Mövsümün sonunda "Fənərbaxça" ilə müqaviləsi başa çatan Edin Cekonun gələcəyi müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi bosniyalı hücumçu ilə vidalaşmaq istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Fənərbaxça" 39 yaşlı futbolçuya yeni müqavilə təklif etməyəcək. Təcrübəli forvardla İtaliya klublarının maraqlandığı bildirilir.

Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. Tücrübəli hücumçu bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 19 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti