Qitələrarası pley-offun püşkü atıldı - DÇ-2026

17:38 - 20 Noyabr 2025

DÇ-2026-nın qitələrarası pley-off mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, keçirilən oyunların nəticəsində mundiala vəsiqə qazanan daha iki milli komandanın adına aydınlıq gələcək:

1-ci cüt
Yarımfinal: Yeni Kaledoniya - Yamayka
Final: Yarımfinalın qalibi – Konqo

2-ci cüt 
Yarımfinal: Boliviya – Surinam
Final: Yarımfinalın qalibi – İraq

Qeyd edək ki, bütün qarşılaşmalar 2026-cı ilin martında Meksikanın Qvadalaxara və Monterrey şəhərlərində keçiriləcək.

Xəbər xətti