“Tottenhem”in hücumçusu Kolo Muani London derbisində “Arsenal”a qarşı oynaya bilər.
Sportal.az “Goal”a istinadən xəbər verir ki, forvard London derbisində "Arsenal"a qarşı oynamağı hədəflədiyi üçün xüsusi qoruyucu maska ilə məşq edir.
Bu ayın əvvəlində fransız futbolçunun "Mançester Yunayted"ə qarşı matçda Harri Maquayrla toqquşmadan sonra çənəsi sınmışdı. Lakin o, əməliyyatdan yayınmışdı və hazırda mümkün yenidən meydana qayıtmağa hazırlaşır.
Kolo Muani bu mövsüm "Tottenhem”də bütün yarışlarda 8 oyunda iştirak edib və bir məhsuldar ötürmə edib.
Onun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
