"Yalnız əla oyunçu deyil, həm də əsl liderdir"

10:48 - 21 Noyabr 2025

"Arsenal”ın 24 yaşlı hücumçusu Bukayo Saka komanda yoldaşı, yarımmüdafiəçi Deklan Raysın liderlik keyfiyyətlərindən danışıb.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, Saka millidən də komanda yoldaşı olduğu Rays haqda bunları deyib:

"Rays təkcə əla oyunçu deyil, həm də əsl liderdir. O, "Vest Hem"də kapitan olub və "Arsenal"da da liderlik keyfiyyətləri nümayiş etdirir. Paltardəyişmə otağında çox məsuliyyət daşıyan və uşaqları hərəkətə gətirən biridir. Buna görə də o, tərifə layiqdir. Deklan əla formadadır, əla əhval-ruhiyyədədir və onun komanda yoldaşı olmaqdan məmnunam. Görünür ki, o, yaxşı ünsiyyət qurmağı bacarır, düzgün anda nə deyəcəyini bilir. Bu, onun meydandakı varlığında və oyun tərzində əks olunur".

Bu mövsüm Rays klub üçün bütün yarışlarda 17 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.
 

Xəbər xətti