Azərbaycanı deyil, Rusiya yığmasını seçən futbolçunu gənclərə örnək göstərdi

11:47 - 23 Noyabr 2025

Rusiyanın U-21 yığmasının baş məşqçisi İvan Şabarov AFFA-nın A milliyə cəlb etmək istədiyi Ülvi Babayevi digər rusiyalı futbolçular üçün nümunə kimi göstərib. 

Sportal.az "Спорт-Экспрессу" nəşrinə istinadən xəbər verir ki, rus mütəxəssis hesab edir ki, Babayev yığmanın düşərgəsində yaxşı performans göstərib: 

"Biz Babayevi gənclər komandasından tanıyırıq. O, çox inkişaf edib. Göstərdiyi irəliləyiş milli komandadakı çıxışına da təsir edib. Babayev bura sadəcə oynamaq üçün gəlməyib, bütün gücünü millidə qoydu. Bu, bəzi futbolçular üçün milli komandaya necə düzgün qoşulmaq, bacarıqlarını göstərmək və komandada oynamaq üçün yaxşı nümunədir. Babayevin çıxışı yalnız müsbət təəssüratlar buraxıb".

Rusiya milli komandası 12-18 noyabr tarixlərində Qırğızıstanın eyniadlı şəhərində keçirilən "Manas Kuboku"nun qalibi olub. Babayev üç qol vuraraq turnirin ən çox qol vuran oyunçusu olub. 21 yaşlı Babayev "Dinamo"da(Moskva) oynayır. Bu mövsüm o, müxtəlif turnirlərdə 12 oyun keçirib və beş qol vurub.

Xəbər xətti