"Porto" və İspaniya millisinin forvardı Samu Aqehova "Tottenhem"ə keçməyə yaxındır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, İngiltərə klubu 21 yaşlı hücumçu üçün artıq "Porto"ya müraciət edib.
Portuqaliya nəhəngi Samunu qış "transfer pəncərəsi" zamanı heyətinə qatmağı planlaşdırır.
Samunun "Porto" ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Onun transfer qiyməti 50 milyon avrodur.
İspan futbolçu bu mövsüm bütün turnirlərdə 14 matçda 9 qol vurub və 1 asist edib.
Samu "Qranada", "Atletiko", "Alaves" klublarının formasını geyinib.
saytlarin hazirlanmasi
