Vüsal İsgəndərli oynadı, komandası heç-heçə etdi

00:11 - 24 Noyabr 2025

Albaniyada futbol üzrə Superliqanının 12-ci turunun bir sıra oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan hücumçusu Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" öz meydanında çempionatın lideri "Vllaznia"nı qəbul edib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. İsgəndərli start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda “Partizani” 13 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti