Yığmamızda oynamış milliləşdirilmiş futbolçu karyerası ilə bağlı qərar verdi

13:22 - 24 Noyabr 2025

Vaxtı ilə U-21 yığmamızın aparıcı üzvü sayılmış Sərkan Baloğlu karyerası ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, milliləşdirilmiş müdafiəçi aktiv futbolçu karyerasını yekunlaşdırıb. 

Uzun müddətdir ki, peşəkar karyerasını davam etdirməyən futbolçunun aktiv futbolçu karyerasına birədəfəlik son verib. 

27 yaşlı futbolçu “Ştutqart”ın yetirməsidir. O, “Kayserispor”, “Eyüpspor”, “Pforzheym” klublarında oynadıqdan sonra klubsuz qalıb. 

Serkan U-21 yığmamızda 8 matça çıxmışdı.
 

Xəbər xətti