AFFA rəsmisi “Qalatasaray”ın oyununda

12:34 - 24 Noyabr 2025

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma noyabrın 25-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq.
 

Xəbər xətti