"Turan Tovuz" Azərbaycan çempionatında yubiley qolunu vurdu

12:48 - 24 Noyabr 2025

"Turan Tovuz" Azərbaycan çempionatlarının yüksək dəstəsində yubiley qolunu vurub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XII turuna təsadüf edib.

"Araz-Naxçıvan"la səfər görüşündə (1:1) fərqlənən Ayxan Hüseynov 150-ci qolun müəllifi olub.

Tovuz təmsilçisi 150-ci qolu 120-ci matçda vurub. Qərb klubu evdə 83, səfərdə 67 dəfə fərqlənib.

Qeyd edək ki, Misli Premyer Liqasında debütü 2022/2023 mövsümünə təsadüf edən "Turan Tovuz"un ilk qolunu 2022-ci il avqustun 13-də, "Səbail"lə səfər qarşılaşmasında (1:0) Natan Oduva vurub.

Xəbər xətti