"Napoli" - "Qarabağ" matçının hakimləri açıqlandı - UEFA Gənclər Liqası

16:55 - 24 Noyabr 2025

UEFA Gənclər Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" matçının təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Dominik Stari olacaq. Ona laynsmanlar Lukaş Slaviçek və Jozef Suma köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" görüşü noyabrın 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xəbər xətti