Futbol üzrə Azərbaycan II Liqasında X turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutub.
"Ağdaş"la qarşılaşan "Araz Saatlı" mövsümdə ilk qələbəsini qazanıb. "Şirvan"a qalib gələn "Qaradağ Lökbatan" liderliyi ələ keçirib. "Şəmkir" isə səfərdə "Göygöl"dən üstün olub.
II Liqa, X tur
24 noyabr
"Araz Saatlı" - "Ağdaş" 3:1
Qollar: R.Abdullayev, 29, 83, H.Rüstəmov, 89 - İ.Nuruşov, 75
"Göygöl" - "Şəmkir" 1:2
Qollar: N.Təhməzli, 43 - C.Rəhimli, 49, C.Rəcəbli, 59
"Şirvan" - "Qaradağ Lökbatan" 0:5
Qollar: T.Nəsibov, 34, 64, R.Şahmuradov, 43, İ.Hüseynov, 86, E.Quluzadə, 89
