Alonso "Real"dan ayrılmağa hazırdır, bu komandanı çalışdıra bilər

13:18 - 25 Noyabr 2025

Xabi Alonsonun "Real"dakı durumu ürəkaçan deyil. Komandadakı bəzi oyunçular arasında ispandan narazılığın artdığı barədə şayiələr yayılıb.

Sportal.az “Indykaila New” portalına istinadən xəbər verir ki, Alonso hətta "Real"dan ayrılaraq “Liverpul”u çalışdırmağa hazırdır.

O özü də, futbolçularla ünsiyyətinin yaxşı olmamasına görə, Madrid klubunda qalmaq istəmir.

"Liverpul"un baş direktoru Maykl Edvards uzun müddətdir ki, Alonsonun gördüyü işi yüksək qiymətləndirir və Yurgen Kloppun yerinə əsas onu əsas namizədlərdən biri hesab edirdi. Lakin Alonso "Real”a keçmişdi. Arne Slotun komandanın zəif nəticələrini düzəltmək üçün yanvar ayına qədər vaxtı var. Vəziyyət belə davam edərsə, Alonsonun bu dəfə Premyer Liqada məşqçi kimi yer alması mümkündür.

Bu ara "Real" da Zinəddin Zidanı geri qaytarmaq üçün onunla danışıqları bərpa edib.

Xəbər xətti