UEFA Gənclər Liqasının əsas mərhələsinin 5-ci turunun "Napoli" - "Qarabağ" matçı bərpa olunub.
Sportal.az xəbər verir ki, yağışa görə yarımçıq dayandırılan qarşılaşma qaldığı yerdən davam edir.
******
UEFA Gənclər Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində keçirilən "Napoli" - "Qarabağ" matçı yarımçıq dayandırılıb.
Sportal.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraitidir. Belə ki, qarşılaşmanın keçirildiyi Neapol şəhərində güclü yağış yağır.
Oyun dayandırılan zaman meydan sahibləri hesabda 1:0 öndə olub.
Qeyd edək ki, "Napoli" ilə "Qarabağ"ın əsas komandalar Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turu çərçivəsində bu gecə saat 00:00-da üz-üzə gələcək.
saytlarin hazirlanmasi
