ÇL: Beş turdan sonra "Qarabağ"ın turnir cədvəlindəki mövqeyi dəqiqləşdi - FOTO

11:35 - 27 Noyabr 2025

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tur başa çatıb.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın 5 turdan sonra yer aldığı mövqeyi dəqiqləşib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 7 xalla turnir cədvəlində 19-cu pillədədir. 

Pley-off oynamaq üçün "24-lük" şanslarını saxlayan Ağdam təmsilçisi növbəti turda, dekabrın 10-da Bakıda "Ayaks"la üz-üzə gələcək. 

"Ayaks"ın 5 turdan sonra aktivində xal yoxdur. 

Qeyd edək ki, turnir cədvəlinə "Arsenal" rəhbərlik edir.

Xəbər xətti