"Mənim rəhbərliyim altında 7 nəfər yığmada ilk rəsmi oyununa çıxıb" - millimizin baş məşqçisi

13:26 - 27 Noyabr 2025

Bir neçə gün əvvəl AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Milli komandamızın baş məşqçisi Ayxan Abbasov da həmin toplantıda iştirak edib. Mütəxəssis yığmanın onun rəhbərliyi altında keçirdiyi oyunlarla bağlı hesabat verib.

Sportal.az saytına açıqlama verən Abbasov İcraiyyə Komitəsində verdiyi hesabat barədə danışıb:

"Mən iclasın sırf millinin çıxışı ilə bağlı hissəsində iştirak etmişəm. Sonrakı müzakirələrlə bağlı məlumatım yoxdur. Hesabatda millinin komandanın son 5 oyundakı çıxışı barədə detallı məlumat verdim. Onu da bildirdim ki, mənim rəhbərliyim altında 4 nəfər yığmada debüt edib, daha 3 nəfər ilk rəsmi oyununa çıxıb. 

AFFA prezidenti Rövşən Nəcəf də danışdı. O, millinin bu oyunlarda əzmkar çıxış elədiyini vurğuladı, görülən işləri qeyd etdi".

Xəbər xətti