“Liverpul”un yarımmüdafiəçisi Rayan Gravenberx komandanın mövsümün bu mərhələsində əsas problemini açıqlayıb.
Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi artıq bütün turnirlərdə 9 məğlubiyyət alıb, son uğursuz nəticə isə Çempionlar Liqasının PSV-yə qarşı keçirilən oyununda (1:4) qeydə alınıb. Niderlandlı futbolçu komandanın əsas probleminin çox qol buraxmaq olduğunu deyib:
“Komandanın problemləri? Düşünürəm ki, biz çox qol buraxırıq. Hazırda əsas problemimiz məhz budur. Bilirik ki, biz hələ də yüksək səviyyəli komandayıq. Amma indiyə qədər hər şey plan üzrə getmir. Bu, çətin məqamdır. Məğlubiyyətə görə əsəbiyik. Birinci hissədə məncə, pis oynamadıq. Amma ikinci hissədə hər şey alt-üst oldu. Söz tapmaq çətindir. Biz pis formadayıq, məsələ budur”.
saytlarin hazirlanmasi
