Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk matçlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
"Sumqayıt" "Zirə” ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə yekunlaşıb.
"Sabah" isə "Qəbələ"ni sınağa çəkib. Burada da eyni hesab qeydə alınıb.
1/4 final mərhələsinin digər iki matçı isə sabah baş tutacaq.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
4 fevral
17:00. "Sumqayıt" - "Zirə" 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30. "Sabah" - "Qəbələ"0:0
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bank Respublika Arena”
