"Neftçi" - "Qəbələ" matçının biletləri satışda

14:36 - 5 Fevral 2026

Misli Premyer Liqasının 19-cu turu çərçivəsində fevralın 10-u saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

Xəbər xətti