"Qalatasaray"ın yetirməsi "Zirə"də - RƏSMİ

18:51 - 9 Fevral 2026

“Zirə” yeni futbolçuyla anlaşıb.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Eren Aydını heyətinə qatıb. Türkiyəli hücumçuyla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, “Qalatasaray” yetirməsi olan 22 yaşlı oyunçu daha əvvəl ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.


Xəbər xətti