Özbəkistan milli komandası dünya çempionatı öncəsi heyətində ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, “Rizespor”un müdafiəçisi Xusniddin Alikulov aldığı zədə ucbatından bu yay keçiriləcək mundialı buraxmalı olacaq.
Özbək futbolçuya Türkiyə çempionatının 18-ci turunda "Göztəpə" ilə oyundan (1:3) sonra ön çarpaz bağının cırılması diaqnozu qoyulub.
Bu tip zədələrdən sağalma adətən 6-9 ay çəkir.
Qeyd edək ki, Özbəkistan millisi K qrupunda Kolumbiya, Portuqaliya ilə mübarizə aparacaq. Dördüncü komanda isə hələ bəlli deyil.
saytlarin hazirlanmasi
