AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
8 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XIX turun “Sabah” – “Araz-Naxçıvan” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Sabah” komandası 1000 manat cərimə edilsin (maddə 68);
8 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XIX turun “Sabah” – “Araz-Naxçıvan” oyunu “Araz-Naxçıvan” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Araz-Naxçıvan” komandası 3000 manat cərimə edilsin (maddə 77.4);
8 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XIX turun “Sabah” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
8 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XIX turun “Sumqayıt” – “Zirə” oyununda “Zirə” komandasının 5 və 25 nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə “Zirə” komandası 1500 manat cərimə edilsin (maddə 83.2);
10 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XIX turun “Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ” komandası 700 manat cərimə edilsin (maddə 43.1)
10 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XIX turun “Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən sındırılmış 25 ədəd oturacağa görə stadiona dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılansın (maddə 86);
10 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XIX turun “Neftçi” – “Qəbələ” oyununun 90+1-ci dəqiqəsində “Neftçi” komandasının 15 nömrəli futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7)
saytlarin hazirlanmasi
