"Ola bilsin ki, qapıçısız oynadıq" - PSJ-nin baş məşqçisi 

17:59 - 17 Fevral 2026

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının pley-off mərhələsində "Monako" ilə ilk oyundan əvvəl qapı mövqeyi ilə bağlı danışıb.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, ispan mütəxəssis zarafatla "Monako"ya qarşı qapıçısız oynamaq istədiklərini bildirib:

"Daha sakit axşamın olub-olmayacağını deyə bilmərəm. Ola bilsin ki, qapıçısız oynadıq. Heç bir qapıçı “Monako”ya qarşı oynamaq istəməz".

Qeyd edək ki, Enrikenin bu zarafatı PSJ-nin qapıçılarının “Monako” ilə oyunlar zamanı tez-tez zədələnməsindən irəli gəlir. Ötən mövsüm Canluici Donnarumma “Monako”nun oyunçusunun təhlükəli hücumundan sonra sifətindən zədələnmişdi. Bu mövsüm Paris klubunun qapıçısı Lukas Şevalye də “Monako” ilə oyunda topuğundan zədələnərək sıradan çıxıb.

Əlavə edək ki, PSJ-nin “Monako”ya qarşı Çempionlar Liqasının ilk pley-off görüşü bu gün Monakoda baş tutacaq. 

Xəbər xətti