Bizon Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyununda (3:3, pen. 4:2) vurulan ilk qol “Sabah” üçün yubiley xarakteri daşıyıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, Bakı klubu turnirdə 25-ci səfər qoluna sevinib. Bu topu rəqib qapısından Timoteuş Puxaç keçirib. Paytaxt təmsilçisi buna 13-cü matçında nail olub. “Sabah” ölkə kubokuna rəqib meydanlarında 25 və ya daha çox qol vuran 15-ci komandadır.
Qol sayını 27-yə çatdıran “Sabah”ın orta məhsuldarlığı 2,07-yə bərabərdir. Bu, ən azı 3 səfər oyununa çıxan komandalar arasında ən yüksək göstəricidir. Qeyd edək ki, “Sabah” kubokdakı ilk səfər qolunu 2018/19 mövsümündə 1/8 finalın “Ağsu” ilə qarşılaşmasında vurub – 3:0.
saytlarin hazirlanmasi
