Türkiyə Kubokunun formatı dəyişdirildi

14:59 - 6 Mart 2026

Növbəti mövsümdən etibarən Türkiyə Kubokunun formatı dəyişdiriləcək.

Sportal.az bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Kubok 5 təsnifat mərhələsi ilə başlayacaq. Burada mübarizəyə öncə aşağı liqalarda mübarizə aparan klublar qoşulacaqlar. Daha sonra 1/8 final, 1/4 final, yarımfinal və final matçları keçiriləcək. Əvvəlki mərhələlər bir oyundan, yarımfinal isə iki qarşılaşmadan ibarət olacaq.

Qeyd edək ki, kubokun hazırkı formatında təsnifat mərhələləri keçirilir, daha sonra isə 24 komanda 3 qrupda mübarizə aparır. 4 turun nəticələrinə əsasən qruplarda ilk iki yeri ttutan komandalar və ən yaxşı 2 3-cü yerin tutan kollektiv 1/4 finala yüksəlir.

Xəbər xətti