“Lill”də futbola başlamış yarımmüdafiəçi “Qarabağ”ın şərtlərini qəbul etdi - SON DƏQİQƏ

17:33 - 6 Mart 2026

Yeni mövsüm hazırlıqlarına start verən "Qarabağ" ilk transfer çalışmasını bitirib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Jali Muaddiblə danışıqlar uğurla başa çatıb.

Ağdam təmsilçisi heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb. Son illərin dəyişməz çempionu 25 yaşlı vingerə 3+1 illik müqavilə şərtlərini razılaşdırıb.

O, fikrini dəyişməyəcəyi və yayda Azərbaycana gələcəyinə dair "köhlən atlar"a söz verib. Belə deyək, tərəflər "ön protokol" adlandırılan şəxsi sənədə imza atıblar.

2019-cu ildə Fransanın U-19 yığmasına çağırılmış və burada 1 oyuna 1 qol vurmuş yarımmüdafiəçi "Lill"in yetirməsidir.

2018-2020-ci illər aralığında bu klubun əvəzedict heyətində çıxış edib. Növbəti 3 ildə isə "Anje B"yə məxsus olub.

Bu müddətdə icarə əsasında «Avrançes»in uğurları üçün tər töküb. 2023-cü ildə Rumıniyaya yollanıb, "Botaşani" ilə anlaşıb.

İki il burada özünü göstərəndən sonra ötən ilin yayında Kiprə üz tutub. Hazırda da "Omoniya Aradippu"ya aiddir.

Xəbər xətti