"Zidan xüsusi bir şey etmirdi" - sabiq "Real"lı futbolçu

23:27 - 6 Mart 2026

Qaret Beyl açıqlayıb ki, "Real"da Zinəddin Zidanın rəhbərliyi altında taktika üzərində az çalışırdılar.

Sportal.az xəbər verir ki, keçmiş "Real" yarımmüdafiəçisi "The Overlap" podkastında maraqlı fikirlər səsləndirib:

“Zidan xüsusi bir şey etmirdi. Bilirdiniz ki, əgər "Barselona" və ya "Bavariya" ilə oynayacaqsınızsa, taktika üzərində bir az işləyəcəksiniz, digər komandalarla isə bu məsələyə minimal diqqət ayrılırdı.

Böyük oyunlardan əvvəl müdafiə taktikasına 15 dəqiqə sərf edirdiniz, hücum taktikasına yox, və iş burda bitirdi."

Xəbər xətti