Bu gün Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi" – "Qarabağ" matçı keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan derbisini Kamranbəy Rəhimov idarə edib.
"Neftçi" bu matçda qələbə qazanaraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda isə 59 xalla ikinci pillədədir.
Misli Premyer Liqası
21-ci tur (təxirə salınmış matç)
20:00 "Neftçi” – “Qarabağ” 2:1
Qollar: Emil Səfərov, 55, Bassala Sambu, 90+1 - Elvin Bədəlov, 85 (avtoqol)
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”
