Premyer Liqa təmsilçisi Portuqaliyadan baş məşqçi gətirir? - SON DƏQİQƏ

18:16 - 2 İyun 2026

Saşa İliçlə birillik müqavilə müddətini uzatmayan "Sumqayıt"ın yeni baş məşqçisi əcnəbi olacaq.

Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, klubun prezidenti Riad Rəfiyev 10 gündən artıqdır ki, sırf bu məsələ ilə məşğuldur.

Xarici əlaqələrini işə alan rəhbərin danışıqlar apardığı mütəxəssislər əsasən Portuqaliyadan olanlardır.

O, bu ölkənin birinci və ikinci liqalarında təcrübə toplamış çalışdırıcılardan biriylə anlaşmaqda maraqlıdır.

Əlbəttə, növbəti günlərdə başqa ideal variantlar ortaya çıxmasa. Necə deyərlər, hər şey şərtlər və şəraitdən asılıdır.

"Kimyaçılar" başa çatan mövsümü uğurlu keçirə bilməyib. Ölkə kubokuyla 1/8 final mərhələsində vidalaşan "gənclik şəhəri" təmsilçisi Premyer Liqada yeddinci yeri tutub.

Xəbər xətti