Avropada çempionluq yaşayan azərbaycanlını Türkiyə klubu istəyir

12:22 - 4 İyun 2026

Albaniyada ardıcıl 2-ci dəfə ölkə çempionu olan Zamiq Əliyev karyerasını Avropada davam etdirəcək.

Sportal.az saytına verilən məlumata görə, azərbaycanlı müdafiəçinin “Eqnatiya”da qalmayacağı gözlənilir.

Onun xidmətində maraqlı olan Avropa klubları var. Türkiyənin “Erokspor”, Ukraynanın isə “Metalist” klubu Əliyevlə maraqlanır.

Onun “Eqnatiya” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-a qədərdir.

Əlavə edək ki, futbolçunun adı "Randers" və "Jalqris"lə də hallanır.

Xəbər xətti