"Qarabağ" dünya çempionatına yollanan qapıçını transfer edir

15:58 - 4 İyun 2026

"Riyeka"nın kapitanı Martin Zlomisliç karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qarabağ" bosniya və herseqovinalı qapıçı transfer etmək istəyir. Bu barədə "Germanijak" nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, Ağdam klubu Zlomisliçkin keçidini yekunlaşdırıb. "Qarabağ" 27 yaşlı qolkiper üçün 500 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, Martin Zlomisliç 2025/26 mövsümündə "Riyeka"nın heyətində meydana çıxdığı 53 rəsmi matçda 58 qol buraxıb. O, 19 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb. Təcrübəli "əlcək sahibi" Bosniya və Herseqovina milli komandasının DÇ-2026 üçün yekun heyətinə daxil edilib.

Xəbər xətti