"Komandada psixoloji problem yoxdur" - millimizin baş məşqçisi

20:09 - 4 İyun 2026

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda Macarıstanla üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Siyasət Əsgərov qarşılaşmadan öncə açıqlama verib. Mütəxəssis qələbənin önəmli olduğunu deyib:

"Bizim üçün Sumqayıtda oynamaq şərəfdir. Ümid edirəm ki, tribunada azarkeş də görəcəyik. Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq. Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin harda boşluqlar verdiyini bilirik. Komandada psixoloji problem yoxdur. Hər oyunda olduğu kimi bu oyunda da, tək Sevincdən yox, irəli xətdəki hər kəsdən qol gözləyirik".

Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı sabah Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 18:00-da start götürəcək.

Xəbər xətti